"Qarabağ" Avropada 1 pillə irəlilədi, "Milan"a cəmi 1 addım qaldı

Çempionlar Liqasının qrup mərhələsinin IV turunun ötən gecə keçirilən oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.  Madriddə “Atletiko”yla 1:1 hesablı heç-heçə edən "Qarabağ" hesabına daha 1 xal artırıb.

Xalını 20,500-ə çatdıran Ağdam təmsilçisi 1 pillə irəliləməyə də nail olub. Hazırda Avropada 65-ci olan təmsilçimiz məşhur "Milan"dan cəmi 1 pillə geri qalır, “İnter”, “Trabzonspor”, “Marsel”, “Vest Hem” kimi klubları qabaqlayır. Siyahıya Madrid “Real”ı başçılıq edir.

Xatırladaq ki, reytinq klubların avrokuboklarda son 5 mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.