“Neftçi” “Zirə” ilə oyun üçün hazırlığa start verdi

“Neftçi” Topaz Premyer Liqasının 11-cu turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığına start verib. Ardıcıl 4 oyundu qalib gələn “ağ-qaralar”ın məşqi klubun bazasında olub.

Qeyd edək ki, noyabrın 5-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” matçı saat 17:00-da başlanacaq.