“Atletiko” - “Qarabağ” matçının ən yaxşısı – UEFA açıqladı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində İspaniyada keçirilən "Atletiko” - "Qarabağ” oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

 UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Miçel bu görüşün ən yaxşısı seçilib.

Qeyd edək kİ, Madriddəki “Vanda Metropolitano” stadionunda baş tutan bu matç 1:1 hesabıyla başa çatıb. “Qarabağ”ın bu görüşdəki yeganə qolunu da məhz 32 yaşlı ispaniyalı futbolçu vurub.