Millimiz biabırçı hesabla məğlub oldu

2018-ci ildə Arğentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının seçmə mərhələsində ilk oyununu keçirən futzal üzrə 17 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Slovakiyaya məğlub olub. Qarşılaşma 0:12 hesabı ilə başa çatıb.

Millimizin yer aldığı qrupun digər oyununda Rusiya Hollandiyaya qalib gəlib - 7:2. 

Futzalçılarımız bu gün baş tutacaq 2-ci tur çərçivəsində Rusiya ilə qarşılaşacaqlar.