Renat Azərbaycan millisindən imtina etdi

"Ayntraxt" klubunda çıxış edən Renat Dadaşov Azərbaycan millisində iştirakdan imtina edib. Bu barədə "Azerisport.com" məlumat yayıb.

AFFA ona gənclər millisinin Avropa çempionatının seçmə oyunlarında Almaniya və Kosova ilə oyun üçün təklif göndərib. Lakin Renat səbəbini açıqlamadığı problemlərə görə, oyunlarda iştirakdan imtina edib. 

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın üzvü Ramil Şeydayev öz arzusu ilə gənclər millisinin oyunlarına dəvət alıb.