Əmrah Çəlikəl: "Qurban Qurbanov iki yerdə işləməsinin komandamıza ziyanı olacağını düşünmürəm"

"Qurban Qurbanovu təbrik edirəm. İnanıram ki, AFFA-nın verdiyi bu qərar futbolumuzun, milli komandamızın xeyrinə olacaq. Əgər Qurban Qurbanov bu qərara bir sevinirsə, biz iki qat sevinirik". Bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl Qurban Qurbanovun millimizə baş məşqçi vəzifəsinə təyin edilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Q. Qurbanov "Qarabağ"da qalmaqla, millidə vəzifəsini icra edəcək: "Onun iki yerdə işləməsinin komandamıza ziyanı olacağını düşünmürəm. Qurban Qurbanov yerli futbolçuları yaxşı tanıyır. Həm də unutmayaq ki, millinin əsasını "Qarabağ"ın oyunçuları təşkil edir". (qol.az)