Mahmud Qurbanov: "Bəlkə Qurban müəllim başqa məşqçilərlə işləməyi düşünür, nə deyim..."?

"Əvvəla onu deyim ki, Qurban Qurbanovu yeni təyinatı münasibəti ilə təbrik edirəm. İnşallah, uğurlu olar". Bu sözləri milli komandamızın məşqçisi (Robert Prosineçkinin köməkçisi) Mahmud Qurbanov açıqlamasında deyib. "Qarabağ"ın çalışdırıcısının yığmaya baş məşqçi təyin olunmasına münasibət bildirən veteran futbolçu "Q.Qurbanovla çalışacaqsızmı?" sualına belə cavab verdi: "İnşallah, "Qarabağ"dakı uğurlu çıxışı milli komandamızda da görərik. Müqaviləmiz dekabrda başa çatır. Bizə bu barədə heçnə deməyiblər. Bəlkə Qurban müəllim başqa məşqçilərlə işləməyi düşünür, nə deyim..."? (idmanxeber.com)