"Kəpəz"də Mikayıl Nərimanoğlunu əvəzləyəcək şəxs müəyyənləşib

"Kəpəz"in Müşahidə Şurasından geri çağırılan Mikayıl Nərimanoğlunu əvəzləyəcək şəxs müəyyənləşib. Bu, Azərbaycan milli komandasının baş inzibatçısı İslam Abbasov olacaq. Millimizdə uzun illər çalışan bu şəxs Gəncə klubunda AFFA-nın təmsilçisi olacaq. 

Xatırladaq ki, Abbasov ötən mövsüm bir müddət paralel olaraq "Neftçi"də çalışıb.