AFFA Renat Dadaşovun millimizdə oynamaqdan imtina etdiyini təsdiqlədi

AFFA-nın baş katibi Elxan Məmmədov milli komandamızın üzvü Renat Dadaşovun U-19-da oynamaqdan imtina etməsini təsdiqləyib. O, bunu jurnalistlərə açıqlamasında deyib.

Məmmədovun sözlərinə görə, "Ayntraxt"ın 18 yaşlı hücumçusu Avro-2019-un seçmə mərhələsində Almaniya və Kosovo ilə oyunlarda iştirak etmək istəməyib. O, U-21-nin baş məşqçisi Samir Ələkbərovla söhbətində yığmadan imtinasının səbəbini  komandasının vacib oyunlarının olması ilə əlaqələndirib.