Bakıda yeni cüdo zalı açılıb

 Bu gün Bakı Olimpiya Stadionunda cüdo zalının açılışı olub.

Mərasimdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Mikayıl İsmayılov ilə Sadıq Sadıqov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, məşqçilər, idmançılar və digər rəsmi şəxslər iştirak ediblər.

R.Abdullayev rəmzi lenti kəsdikdən sonra zalla tanışlıq olub.