"Qəbələ"nin debütantla ev sınağı, Ramiz Məmmədovun "Keşlə"də debütü

Bu gün Topaz Premyer Liqasında XI tura start veriləcək. Ilk oyun günündə iki matç keçiriləcək.

Günün ilk oyununda “Qəbələ” debütant “Səbail”i qəbul edəcək. Roman Qriqorçukun komandası rəqibini səfərdə 3:1 hesabı ilə məğlub edib. 

Günün digər qarşılaşmasında isə “Keşlə” “Sumqayıt”ın qonağı olacaq. Bu, paytaxt təmsilçisinin Ramiz Məmmədovun rəhbərliyi altında ilk oyunu olacaq. Komandalar arasında ilk dövrədə "İnter Arena"da keçirilən ilk matçda qalib müəyyənləşməyib - 1:1. 

4 noyabr (şənbə)

16:00.“Qəbələ” – “Səbail”
Hakimlər:
 Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Elvin Əsgərov
Qəbələ şəhər stadionu

18:00.“Sumqayıt”  - “Keşlə”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
Kapital Bank Arena