UEFA AVRO-2020-nin final oyununa namizəd stadionları açıqladı

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının (AVRO-2020) finalına ev sahibliyi etməyə namizəd stadionların adlarını açıqlayıb. Namizədlər sırasında Türkiyənin Atatürk Olimpiya Stadionu və Portuqaliyanın Estadio da Luz stadionları yer alıb.

Məkanla bağlı yekun qərarın gələn ilin iyununda veriləcəyi bildirilib. Atatürk Olimpiya Stadionu 2005-ci il mayın 25-i keçirilən Çempionlar Liqasının finalının "Liverpul" - "Milan" görüşünə ev sahibliyi edib.

Xatırladaq ki, Bakı AVRO-2020-nin final mərhələsini qəbul edəcək 13 şəhərdən biridi. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3 matçı, habelə 1/4 final oyunu keçiriləcək.