"Qarabağ"ın legioneri qızının məzarı üstündə - FOTOLAR

"Qarabağ"ın haitili legioneri Donald Gerye Polşaya yollanıb. Futbolçu bu yaxınlarda dünyasını dəyişən qızı Mianın məzarını ziyarət edib. O, "Qarabağ"da geyindiyi "77 nömrə"li formanı məzarın üstünə sərib.

Xatırladaq ki, Donaldın 1 yaş 4 aylıq qızı Bakıda xəstəlikdən dünyasınI dƏyişib və dəfn olunmaq anasının vətəninə - Polşaya aparılıb.