Qriqorçuk çox gərgin olmasınq izah verib: "İkinci qoldan sonra komandada rahatlıq yarandı"

Topaz Premyer Liqasının XI turunda evdə “Səbail”ə 3:1 hesabıyla qalib gələn “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransı keçirib. Ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib.

- Əsas o idi ki, qələbə qazandıq. Bu cür oyunlarda iki top vurduqdan sonra rəqibə daha da təzyiq olmalı idi. Ancaq tam əksinə oldu. İkinci qoldan sonra komandada rahatlıq yarandı.

- Oyun zamanı çox gərgin görünürdüz. Yetirmələrinizin hansı səhvləri sizi belə emosional etmişdi?

- Bunun birinci dəfə şahidi olurduz? (gülür).

- “Qarabağ”la oyunda daha sakit idiz...

- Rəqiblərimizin hər birinə hörmət edirəm. “Qarabağ”la oyunda indikindən daha yaxşı daha səhvsiz oynayırdıq. Ona görə, hər epizoda belə emosional münasibət bildirmirdim.

- Rəqibin baş məşqçisi dedi ki, “Qəbələ”dən daha güclü oyun gözləyirdi...

- Bu, onun fikridi. Onun fikirlərinə hörmət edirəm.

- Yaranacaq fasilədə hansı planlarınız var? Ölkə xaricinə səfər gözlənilir?

- Heç bir planımz yoxdu, yəni, ölkə xaricinə yollanmayacağıq. Burda təlim-məşq toplanışı keçəcək və yoxlama oyununda qüvvəmizi sınayacağıq.

- Qarşıda “Neftçi” ilə oyununuz var. Ardıcıl oyunda qalib gəliblər...

- “Neftçi” ilə bağlı əvvəllər də yüksək fikirdə olmuşam. Bundan öncə də, bu komandanın layiq olmadığı yerdə olduğunu bildirmişdim. Bu komanda ilə oyunumuz çətin keçəcək.