Cavid Hüseynov AFFA-nın qərarını şərh etdi: "Üç oyunluq cəza çoxdu"

“Qırmızı vərəqə almışamsa, cəza veriləcəyini gözləyirdim. Amma açığı, fikrimdə iki oyun tutmuşdum”. Bu sözləri “Qəbələ”nin kapitanı Cavid Hüseynov Topaz Premyer Liqanın X turunda “Səbail”lə keçirilən oyundan (3:1) sonra deyib.

Topaz Premyer Liqasının IX turunda “Zirə” ilə görüşdə rəqib futbolçusu  Milan Duriçi sillə ilə vuran millimizin üzvü AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb. Hüseynov bunun ağır cəza olduğunu bildirib: “Üç oyunluq cəza bir az çox oldu. Çünki rəqibi vurmamışdım, toxunmuşdum. Özünü yalandan yerə atmışdı. Klubun apellyasiya şikayəti verib-verməyəcəyini bilmirəm. İstənilən halda, 3 oyunluq cəza çoxdur”.(qol.az)