“Kəpəz” rəhbərliyindən Qurban Qurbanova hədiyyə - FOTO

Az öncə başlayan matçdan öncə “Kəpəz” klubunun rəhbərliyi Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanova hədiyyə edib. Belə ki, Gəncə təmsilçisinin rəhbərliyi Qurbanovu millimizin baş məşqçisi təyin olunması münasibəti ilə təbrik edib və ona gül hədiyyəsi verilib.

Qeyd edək ki, Qurban Qurbanov ötən gün yığma komandamızın baş məşqçisi təyin olunub. O, AFFA ilə 6 illik sözləşmə imzalayıb.