Azərbaycanın ən titullu futbolçusu azadlığa buraxıldı

Azərbaycanın ən titullu futbolçularından olan Faiq Cabbarov bu gün azadlığa buraxılıb.  “Kəpəz” və “Şəmkir”lə dəfələrlə ölkə çempionu olan sabiq futbolçu 100 gün idi ki, həbsdə yatırdı.

Bu gün isə cəza müddətini başa vuraraq, yenidən azadlığa çıxıb. 

Qeyd edək ki, Cabbarov dələduzluqda günahlandırılaraq həbs olunmuşdu. Onun həbs olunmasına kiminləsə 1140 AZN üstündə anlaşa bilməməsi səbəb olub.