“Qarabağ” qalib gəldi, “Neftçi” “Zirə” ilə yenə bacarmadı

Topaz Premyer Liqasında 11-ci tura yekun vurulub. Son oyun günündə daha iki qarşılaşma keçirilib. 

Lider “Qarabağ” Gəncədə “Kəpəz”in qonağı olub. Ağdam klubu səfərdə 2 cavabsız qolla qalib gəlib.
 
Turun son matçında isə “Zirə” “Neftçi” ilə üz-üzə gəlib. Son 4 turda ardıcıl qələbələr qazanan “ağ-qaralar” tarixində heç vaxt məğlub edə bilmədiyi qəsəbə təmsilçisi üzərində ilk dəfə 3 xala sevinməyi hədəfləsə də, yenə bu arzusuna çata bilməyib. Əksincə, “Zirə” növbəti dəfə “Neftçi”ni məğlub yola salıb.

Topaz Premyer Liqası
11-ci tur

5 noyabr

“Kəpəz” - “Qarabağ” 0:2
Qol: E.Yunuszadə, 41. Miçel, 43.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 1. Davud Kərimi, 13. Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 21. Novruz Məmmədov, 3. Dedimar Fereyra, 16. Azər Məmmədov, 6. Ceyhun Cavadov, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 24. Məhəmməd Qurbanov, 8. Viktor Oseqeyl.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 18. Tural Cəlilov, 9. İlkin Sadıqov, 26. Ba Mansur Aladji, 7. Sergey Çernişev, 17. Əli Əsədov, 2. Yusif Cəfərov, 15. Azad Kərimov, 11. Kamran Abdullazadə.
Baş məşqçi: Şahin Diniyev.
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 7. Rahid Əmirquliyev, 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 16. İbrahim Aslanlı, 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 17. Elçin Rəhimli, 33. Eltun Turabov, 44. Ağabala Ramazanov, 70. Nicat Süleymanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.

“Zirə” – “Neftçi” 1:0
Qol: R.Qadze, 30.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Fariz Yusifov.
Zirə İdman Kompleksinin stadionu.

“Zirə”: 85. Kamal Bayramov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 13. Aleksandr Şemonayev, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 43. Riçard Qadze, 87. Müşfiq İlyasov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 5. Adil Nağıyev, 9. David Manqa, 11. Viktor İqbekoyi, 17. Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 74. Yusif Nəbiyev, 98. Elçin Əliyev, 99. Nicat Muxtarov.
Baş məşqçi: Ayxan Abbasov.
“Neftçi”: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 25. Kiril Petrov, 21. Məhəmməd Mirzəbəyov, 5. Anton Krivotsyuk, 6. Rəşad Sadiqov, 10. Derlis Meza Kolli, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 9. Uqo Barqas.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 22. Mirabdulla Abbasov, 97. Elnur Cəfərov, 8. Emin Mahmudov, 28. Orxan Fərəcov.
Baş məşqçi: Tərlan Əhmədov.

Turun digər oyunları: "Sumqayıt" - "Keşlə" - 3:1, "Qəbələ" - "Səbail" - 3:1.