Şahin Diniyev: “İstefamdan söhbət belə gedə bilməz”

Topaz Premyer Liqasının 11-ci turunun “Kəpəz” – “Qarabağ” oyunu (0:2) başa çatdıqdan sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev mümkün istefasını şərh edib. Təcrübəli mütəxəssis bunun məntiqsiz olduğunu söylədi.

Diniyev fikirlərini bu cür əsaslandırdı: “Niyə istefa verməliyəm? Çempionlar Liqasında tarix yazan “Qarabağ”ı məğlub etməli idik? “Kəpəz” evdə neçə oyun keçirib? Oyunlarımızın böyük əksəriyyətini səfərdə keçirmişik. İstefamdan söhbət belə gedə bilməz. Vəzifəmi icra edirəm və “Kəpəz”ə faydalı olmaqda davam edəcəm”.