"Qarabağ"ın "Atletiko"yla oynadığı top 800 manata satışa çıxarıldı - FOTO

Tap.az saytında maraqlı elan verilib. “Qarabağ”ın Bakıda Madrid “Atletiko”su ilə oyununda istifadə edilən və üzərində futbolçuların imzası olan toplardan biri satışa çıxarılıb.

Çempionlar Liqasının topu üçün 800 manat qiymət də qoyulub. 

Maraq üçün bildirək ki, bu cür imzalı top hər adama qismət olmur. Bu şəxs kimdisə kluba çox yaxın adamlardan biridi. Görünür, həmin adamın belə bir tarixii qarşılaşmadan qalan xatirəyə yox, pula daha çox ehtiyacı varmış. (futbol11.az)