Ramil Şeydayevlə Renat Dadaşov U-21 yığmasına çağırıldılar

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da noyabrın 9-da Almaniya, ayın 14-də isə Kosovo komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının Bakıda təlim-məşq toplanışı başlayıb.Hazırlıq prosesində iştirak edən futbolçuların siyahısı belədi:
 
Qapıçılar: Süleyman Süleymanov (Sumqayıt), Aydın Bayramov (MOİK), Mustafa Ozhitay (SSV Ulm 1846, Almaniya);

Müdafiəçilər: Anton Krivotsyuk (Neftçi), Bəhlul Mustafazadə (Sumqayıt), Taşkın Sertan (Keşlə), Murad Qayalı (Keşlə), İlyas Səfərzadə (Kəpəz), Yusif Nəbiyev (Zirə), Serkan Baloglu (Eyupspor, Türkiyə);

Yarımmüdafiəçilər: Elnur Cəfərov (Neftçi), Eltun Turabov (Qarabağ), Xəyal Nəcəfov (Sumqayıt), Ehtiram Şahverdiyev (Sumqayıt), Oleq Hüseynov (Keşlə), Qismət Alıyev (Qəbələ), Murtuz Abakarov (Səbail), Fərid Nəbiyev (Slaviya, Praqa, Çexiya), Budaq Nəsirov (Sportinq, Portuqaliya);

Hücumçular: Ramil Şeydayev (Qarabağ), Əlibəy Məmmədli (Keşlə), İlkin Sadıqov (Kəpəz), Renat Dadaşov (Ayntraxt, Frankfurt, Almaniya).