Türkiyə şirkəti "Qarabağ"a sponsorluq edir?

Türkiyənin “ORKA Holdinq” şirkətinin idarə heyətinin rəhbəri Süleyman Orakçıoğlu maraqlı açıqlama verib.

Sponsorluq etdiyi idman klublarından danışan şirkət rəhbəri  “Qarabağ” klubunun yatırımçılarından biri olduğunu deyib:

“Biz ölkə xaricində bir çox klublara sponsorluq edirik. “Barselona” ilə belə sponsorluq müqaviləsi imzalamışdıq. Azərbaycanda Çempionlar Liqasına qatılan “Qarabağ” klubuna da sponsorluq edirik”.