Azərbaycan çempionatında ilk

Bakı İdman sarayında karate üzrə yeniyetmə və gənclər arasında 18-ci respublika birinçiliyi, böyüklər arasında isə 25-ci respublika çempionatına start verilib. Yarışın ilk günündə bütün yaş qurupları üzrə kata çıxışları, ardınca 18-20 yaşlıların və 12-13 yaşlı idmançıların kumite görüşüləri keçiriləcək. 

Noyabrın 25-də 16-17 və 14-15 yaşlı karateçilər tatamiyə çıxacaq. Çempionatın son günü isə böyüklər arasında görüşlər olacaq. 

Yarışın baş hakimi federasiyanın hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevdi. Azərbaycan çempionatında ilk dəfədi ki, 12 yaşlı idmançılar da iştirak edir. Yarışa müxtəlif bölgələri təmsil edən 300-dən artıq idmançı qatılıb.