"Yuventus" Çempion!

"Yuventus”un ardıcıl 5-ci, sayca 32-ci çempionluğu 

İtaliya A Seriyasında 2015/16 mövsümünün çempionu adına aydınlıq gəlib.

Olimpsport.az-ın məlumatına görə, Turin klubunun əsas izləyicisi "Napoli” XXXV turda bu gün "Roma”ya məğlub olub – 1:0.Bununla da, "Yuventus” bütün rəqibləri üçün əlçatmaz olaraq çempionluğu bayram edib.