İdman ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdilər

Qanlı Yanvar faciəsindən artıq 28 il ötür. Bu müddət ərzində şəhidlərin qəhrəmanlığı zamanın qan yaddaşına köçür, məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur.

Bütün Azərbaycan xalqı kimi,Azərbaycan idman ictimaiyətinin nümayəndələri də bu gün Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini ehtiramla yad ediblər. MOK-un vitse- prezidenti, "Gömrükçü" İSM-in sədri Xəzər İsayev, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti, milli komandanın baş məşqçisi Firdovsi Umudov, GİN-in idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, məşqçilər, idmançılar Şəhidlər xiyabanını ziyarət edib, onların məzarı üzərinə gül dəstələri qoyublar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!