Stadnik finalda uduzdu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik İsveçin Klippan şəhərində keçirilən açıq beynəlxalq turnirdə gümüş medal qazanıb. Qadın güləşçilərin reytinq xallarının hesablandığı ilk yarışın finalında Olimpiya Oyunlarının 2 qat gümüş və bürünc mükafatçısı, dünya və 6 qat Avropa çempionu Mariya Stadnikin rəqibi ötən ilin Asiya və Dünya çempionu Yui Susaki olub.  
 
Gərgin keçən qarşılaşmanın son saniyələrində 2:1 hesabı ilə öndə olan Stadnik bu üstünlüyü qoruya bilməyib. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Son xalı rəqib qazandığından döyüşün qalibi də o olub. 
 
50 kq 
FINAL. Mariya Stadnik - Yui Susaki (Yaponiya) - 2:2*
1/2 final. Mariya Stadnik - Amy Ann Förnsayd (ABŞ) - 10:0 (1 dəq. 59 san.)
1/4 final. Cessica Ann Mari Makdonald (Kanada) - Mariya Stadnik - 0:12 (4 dəq. 35 san.)
1/8 final. Emilia Alina Vuk (Rumıniya) - Mariya Stadnik - 0:10 (1 dəq. 42 san.)
 
Qeyd edək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan Avropa və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.