"Real"ın ulduzu Bakıda
İspaniyanın "Real Madrid" klubunun və Fransa milli komandasının sabiq futbolçusu Kristian Karambö yenidən Bakıya gəlib.
Olimpsport.az-ın məlumatına görə, 45 yaşlı keçmiş yarımmüdafiəçi BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumuna qatılıb.
Tədbir Bakı Konvensiya Mərkəzində keçirilir.
Qeyd edək ki, Kristian Karambö ötən il "Bakı 2015" I Avropa Oyunlarının çimərlik futbolu üzrə püşkatma mərasiminə də qatılıb. Karambö dünya (1998) və Avropa çempionu (2000), Çempionlar Liqasının ikiqat qalibi (1997-1998, 1999-2000) olub.
Mənbə: Sportnet.az