Boksçularımız Avropa çempionatına hazırlaşır

Boks üzrə Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandaları təlim-məşq toplanışını davam etdirirlər.
 
Millilərimiz martın əvvəlində başlayan hazırlığın arxada qalan hissəsində əsasən fiziki və texniki çalışmalar üzərində işləyiblər.
 
Boks Mərkəzində gerçəkləşən toplanış martın 23-dək davam edəcək. Məşqlərdə məqsəd 22 yaşadək boksçular arasında Avropa çempionatına hazırlıqdır. Yarış martın 24-dən aprelin 2-dək Rumıniyanın Tırqu-Jiu şəhərində təşkil olunacaq.