Daha iki idmançımız mübarizəyə qoşulacaq

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Olimpsport.az xəbər verir ki, yarışın 4-cü günündə 40, 46, 52, 60 və 70 kq çəkidə yeniyetmə qızlar mübarizəyə qoşulacaq. Yığmamız 2 çəkidə idmançı ilə təmsil olunur.  

1/8 final mərhələsində 40 kq çəkidə  Ayşən Yusifova Belarus təmsilçisi Tatsiana Blinkuskaya ilə, 1/16 final mərhələsində 46 kq çəkidə  Sevinc Əhədova  İsveçli idmançı Emma Malmgren ilə qüvvəsini sınayacaq. Qeyd edək ki, yeniyetmə qızların ilk yarış günündə Jalə Əliyeva (49 kq) komandamıza gümüş medal qazandırıb. 

40kq
1/8 final - Ayşən Yusifova - Tatsiana Blinkuskaya (BLR)

46 kq 
1/16 final - Sevinc Əhədova - Emma Malmgren (SWE)