Radik İsayev 4-cü pillədə

Beynəlxalq Taekvondo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb.

Olimpsport.az xəbər verir ki, Rio Olimpiadası öncəsi sonuncu siyahıda Azərbaycanın üç təmsilçisi yer alır. Bunlar 80 kq çəkidə Radik isayev, 80 kq çəkidə Milad Beiqi Xarçeqani və 67 kq çəkidə Fəridə Əzizovadır. Onlardan ən yüksək nəticə Radik İsayevə məxsusdur. O, ötən cədvəllə müqayisədə bir pillə geriləyərək, 4-cü sıraya düşüb. Digər taekvondçularımız daha aşağı sıralarda yer alırlar. Belə ki, Fəridə Əzizova 14-cü, Milad Beiqi Harçeqani isə 15-ci pillələrdə qərarlaşıblar.

Onu da qeyd edək ki, taekvondo yığmamız Rio yay olimpiya oyunlarında tam heyətlə çıxış edəcək. İsayev, Harçeqani və Əzizovadan başqa, 49 kq çəkidə Patimat Abakarova da Braziliyadakı Olimpiadada medal qazanmağa çalışacaq.