Rəsul Çunayev yenə də liderdi

Dünya güləş birliyi güləşçilərin yeni reytinq siyahısını açıqlayıb.

Olimpsport.az xəbər verir ki, sərbəst güləşçilərdən Hacı Əliyev, qadınlardan Mariya Stadnik, yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev reytinq siyahısında liderliklərini qoruyublar. Digər güləşcilərə gəlincə, sərbəst güləşçilərdən Xetaq Qazyumov 3-cü, Toğrul Əsgərov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov 5-ci, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Hacımurad Ömərov 8-ci sırada qərarlaşıb. Qadın güləşçilərin onluğunda Tatyana Omelçenko 6-cı, Nataliya Sinişin 8-ci, Yuliya Ratkeviç 9-cu yerdədir.

Yunan-Roma güləşçilərinin reytinq siyahısında isə onluğa daxil olanlardan Rövşən Bayramov 2-ci, Rafiq Hüseynov 4-cü və Saman Təhmasibi 5-ci sırada qərarlaşıb.

Xatırladaq ki, Rio-de Janeyroda keçiriləcək 31-ci yay Olimpiya oyunlarında güləş yarışları 14-21 avqust aralığında olacaq. Millimiz 6-sı sərbəst, 5-i  yunan - roma, 3-ü isə qadın olmaqla 14 güləşçi ilə təmsil olunacaq.