Bakı Su İdmanı Sarayı İslam Həmrəylik Oyunlarına hazırdır
Məlum olduğu kimi ötən həftənin sonu KATV 1 şirkətinin və Aguatic Palace-nin (Su idmanı sarayı) birgə təşkilatçlığı ilə ölkəmizdə ilk dəfə olaraq futvole üzrə (çimərlik voleybolu və futbolun sintezi) beynəlxalq yarış təşkil olunub.
Avropa Oyunları Parki və Bakı Su İdmanı Sarayının mətbuat xidmətinin rəhbəri Elnarə Əliyevanın Olimpsport.az-a verdiyi məlumata görə Bakı Su İdmanı Sarayında Futvole üzrə beynəlxalq turnir Azərbaycanda ilk dəfə olaraq keçirilib.
"Çox sevindirici oldu ki, 8 komanda (4 yerli, 4 xarici) arasında keçirilən turnirin ilk qalibi də məhz Bakını təmsil edən “Yeni Günəşli” komandası oldu. İdmanın bu növü ölkəmizdə hələ çox populyar olmasa da, bu turniri ənənə halını gətirmək və gələcəkdə daha iri miqyaslı yarışlar keçirməyi planlaşdırırıq."
Avropa Oyunları Parki və Bakı Su İdmanı Sarayının Gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarına hazırlıq işlərinin gedişi haqda məlumat verən xanım mətbuat katibi qeyd edib ki, Avropa oyunları Parkı və Su İdmanı Sarayında tək futvole deyil, idmanın digər növləri üzrə də müxtəlif turnir və çempionatlar keçirilir.
"Bildiyiniz kimi 2017-ci il də ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının da müxtəlif idman növləri kompleksimizdə keçiriləcək. Artıq bu istiqamətdə hazırlıqlar başlayıb və danışıqlar gedir. Bundan əlavə kompleksimizdə müxtəlif idman yarışları da keçirilir. Dünən həvaskarlar arasında mini futbol turnirinin finalı keçirildi. Belə yarışlar artıq daha tez - tez keçiriləcək. Bu da biz tərəfdən Azərbaycanda idmanın gənclər və uşaqlar arasında inkişafına bir dəstəkdir."