Yeniyetmələr arasında açıq respublika turniri başa çatıb

İyulun 30-u və 31-i Balakən rayonunda SSRİ idman ustası İsmayıl Çöpsiyevin 70 illik yubileyinə həsr olunmuş yeniyetmə güləşçilər arasında açıq respublika turniri sona çatıb.

Olimpsport.az xəbər verir ki turnirdə 2000,20001 və 2002-ci il təvəllüdlü güləşçilər iştirak edib. Balakən İdman Olimpiya kompleksində keçirilən yarışlarda ən çox medal qazanan İntiqam Aliyevin  rəhbərlik etdiyi  "RioUgim" klubu olmuşdur. 

46 kq-da Həsənli Urfan bürünc, 54kq-da  Həsənli Xasay qızıl, Kərimli Həsən gümüş, 58kq-da Şahbazov Cahandar bürünc, 69kq-da Bayramov Samir gümüş və 76kq-da Vəliyev Fikrət gümüş medal qazanmışdır.