Olimpiya proqramında olan futbol turnirinin oyunları açılış mərasimindən 2 gün öncə start götürəcək

Bu gün  XXXI Yay Olimpiya Oyunlarının start veriləcək. Olimpsport.az saytının məlumatına görə, rəsmi açılış mərasimi avqustun 5-də olacaq Rioda olimpiyaçıların mübarizəsi qadın futbolçuların oyunları ilə başlayacaq.


Belə ki, Olimpiya proqramında olan futbol turnirinin oyunları açılış mərasimindən 2 gün öncə start götürəcək. Bu gün qadın, sabah isə kişi komandaları ilk qarşılaşmalarına çıxacaqlar.


Turnirin bugünkü təqvimində 6 görüş yer alıb. Olimpiya Oyunları meydan sahiblərinin oyunu ilə deyil, İsveç və Cənubi Afrika Respublikası yığmalarının dueli ilə start götürəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

E qrupu
20:00. İsveç - Cənubi Afrika Respublikası

23:00. Braziliya - Çin

F qrupu
22:00. Kanada - Avstraliya
01:00. Zimbabve – Almaniya

G qrupu
02:00. ABŞ – Yeni Zelandiya
05:00. Fransa – Kolumbiya