6 matç, 19 qol

Rəsmi açılış mərasimi sabah keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına start verilib.  Olimpsport.az saytının məlumatına görə, Rioda olimpiyaçıların mübarizəsi qadın futbolçuların oyunları ilə başlayıb.

 

İlk turun 6 qarşılaşması baş tutub. Məhsuldarlığı ilə diqqət çəkən oyun günündə heç-heçə qeydə alınmayıb. Ümumilikdə isə 6 matçda 19 qol vurulub.

 

Almaniya Zimbabve matçı (6:1) turun ən qollu qarşılaşması olub. Fransa Kolumbiya (4:0), Braziliya Çinlə (3:0) görüşlərdə böyükhesablı qələbə qazanıb.

E qrupu
İsveç – CAR – 1:0

Braziliya – Çin – 3:0

F qrupu
Kanada – Avstraliya – 2:0
Zimbabve – Almaniya – 1:6

G qrupu
ABŞ – Yeni Zelandiya – 2:0
Fransa – Kolumbiya – 4:0