8 idmançımız mübarizəyə başlayır

XXXI Yay Olimpiya Oyunlarının ikinci yarış günündə Azərbaycanın 8 təmsilçisi mübarizəyə qoşulacaq. 

Olimpsport.az xəbər verir ki, idmançılarımız şosse velosipedi, cüdo, idman gimnastikası, boks, akademik avarçəkmə və güllə atıcılığı növlərində yarışacaqlar.

Cüdoçu Orxan Səfərov, şosse velosipedçisi Maksim Averin və güllə atıcısı Ruslan Lunyovun yekun nəticəsi bu gün müəyyənləşəcək.

İdman gimnastı Oleq Stepko, Pavel Paxnyuk, boksçu Rüfət Hüseynov, akademik avarçəkənlər Aleksandr Aleksandrov - Boris Yotov, güllə atıcısı Ruslan Lunyov da bu gün mübarizəyə qoşulacaq.

Şosse velosipedi

Final. 16:30 - 23:10. Maksim Averin

Cüdo

Seçmə mərhələ. 17:00 - 20:00. 1/16 final. Orxan Səfərov - Xuan Postiqos (Peru).

Yarımfinal və final. 22:30 - 01:10

İdman gimnastikası

I təsnifat mərhələsi. 17:30 - 20:00, 21:30 - 24:00. 01:30 - 04:00. Oleq Stepko, Pavel Paxnyuk

Boks

1/16 final. 24:00. Rüfət Hüseynov - Matias Hamunyela (Namibiya)

Akademik avarçəkmə

Seçmə yürüş. 18:30. Aleksandr Aleksandrov - Boris Yotov. 2 nəfərlik qayıqla (M2X) 2000 metr məsafəyə yürüş

Güllə atıcılığı

Final. 20:00 - 23:30. Ruslan Lunyov. 10 metr, pnevmatik tapança ilə

Bu gün Azərbaycanın ilk təmsilçisi Olqa Senyuk kamandan oxatma növündə fərdi sıralama yarışına qoşulacaq. Yarış saat 20:00-dan 22:00-dək davam edəcək.