Rio-da qələbə qazandığım təqdirdə karyeramı başa vurmağı planlaşdırıram

"Hazırlıq səviyyəm yaxşıdır, düşünürəm ki, döyüşlərə optimal formada başlayacam. Məni turnirin favoriti hesab etmədikləri zaman da, mən özümü favorit hesab edirəm. Çünki öz imkanlarımı bilirəm və düşünürəm ki, Allahın köməyi ilə hər şey yaxşı olacaq. Mən yalnız birinci yeri hədəf tutmuşam. Mənim vəzifəm - qızıl medalı qazanmaqdır və  Rio-da qələbə qazandığım təqdirdə karyeramı başa vurmağı planlaşdırıram".

 Olimpsport.az xəbər verir ki, bu sözləri azərbaycanlı boksçu Albert Səlimov deyib. Onun fikrincə, əldə edəcəyi uğur  zirvədə idman karyerasını başa vurmağa imkan verəcək. 

"Mən boksa o qədər əmək vermişəm, karyeram ərzində başıma çox işlər gəlib və buna görə də onu maksimum dərəcə ilə başa vurmaq istəyirəm. İndi özümü əla hiss edirəm və buna hazıram. Əsas rəqib yoxdur, hamı rəqibdir. Bu, Olimpiya Oyunlarıdır, burada hər bir idmançı təhlükəlidir. Bu, dünya və ya Avropa çempionatı deyil, bu, Olimpiya Oyunlarıdır, bu, tamamilə başqa yarışdır", - boksçu vurğulayıb. (R-Sport)