Rio-2016: Azərbaycan idmançılarının VI günü
Rio-2016 Yay Olimpiya Oyunlarının VI günün Azərbaycan yığmasının daha 6 üzvü yarışacaqlar. Olimpsport.az saytının məlumatına görə, bunlardan cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə debüt edəcəkləri halda digər 3 atletimiz mübarizəni davam etdirəcəklər.
Belə ki, boksçu Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda, kanoe slalomçu Yuri Meqliç yarımfinalda, idman gimnastı Oleq Stepko isə çoxnövçülük üzrə final yarışlarında qüvvəsini sınayacaq.
Olimpiya Oyunları
VI gün
Cüdo
Məmmədəli Mehdiyev (90 kq)
1/16 final
Saat: 17:56
Rəqib: Denis Kirill (Rusiya)
Üzgüçülük
100 metr sərbəst
Fatimə Alkərəmova
Təsnifat mərhələsi
Saat: 20:17
200 metr arxasıüstə
Boris Kirilov
Təsnifat mərhələsi
Saat: 20:40
Kanoe Slalom
Yuri Meqliç (K 1)
Yarımfinal
Saat: 20:30
Boks
Abdulqadir Abdullayev (91 kq)
1/4 final
Saat: 20:45
Rəqib: Rüstəm Tulaqanov (Özbəkistan)
İdman gimnastikası
Oleq Stepko (Çoxnövçülük)
Final
Saat: 23:00