Rio-2016:Debütant cudoçumuz rusiyalı rəqibinə qarşı

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları üzrə növbəti görüşlər keçiriləcək. Olimpsport.az saytının məlumatına görə, azərbaycanlı cüdoçu Məmmədəli Mehdiyev bu gün debüt edəcək.

 

90 kq çəki dərəcəsində çıxış edəcək təmsilçimiz yarışa 1/16 final mərhələsindən start verəcək. Avropa Kubokunun qalibi olan idmançımızın rəqibi rusiyalı Kiril Denisov olacaq.

 

Görüş saat 17:55-də başlayacaq.

 

Həmyerlimiz bu mərhələni keçəcəyi halda 1/8 finalda Zak Piontek (CAR)/Tyaqo Kamilo (Braziliya) cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur. Onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub. Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.