RİO-2016: daha 3 idmançımız mübarizəyə qoşulacaq

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq.

 

Olimpsport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16.00-da  güllə atıcısı Ruslan Lunyov silahını hədəfə tuşlayacaq.

Saat 19:00 Velosipedçi Olqa İsmayılova keyrin növündə ilkin mərhələ yürüşündə çıxış edəcək. İkinci mərhələ saat 23:22-də, final yürüşü isə 00:27-də başlanacaq.

Bakı vaxtı ilə saat 02:45-də isə  boksçu Məhəmmədrəsul Məcidov 91 kq-dan yuxarı çəki dərəcəsində qazaxıstanlı İvan Dıçko ilə 1/8 final döyüşünə çıxacaq.