Amerikalı idmançılar Rio-da güləşçilərimizi favorit sayırlarmı

Güləş Azərbaycanın ən populyar idman növlərindən biridir. Təsadüfi deyil ki,hazırda Braziliyada keçirilən Rio Olimpiyadasında Azərbaycan xalqı daha çox güləşçilərimizdən qızıl medal gözləyirlər. Çünkü güləş bizim həm milli, həm də dayaq idman növümüzdür. Azərbaycan güləşi dünya reytinqində də ön sıralardadır. Bu xarici ölkə vətəndaşlarının da diqqətindən yayınmayıb. Yeri gəlmişkən, ölkəmizdə tələbə və işgüzar fəaliyyətlə məşğul olan Amerikalı Craig Sabath və Kevin Moss  hazırda "Lokomotiv" də güləşin sirlərini öyrənirlər. Onların  həm güləş həm də Rio Olimpiya Oyunları haqqında təsüratlarını "Olimpsport.az"oxucuları ilə bölüşmək istədik.

 

Craig Sabath: "Güləş çox maraqlı idman növüdür. Güləşlə məşğul olandan özümü fiziki cəhətdən güclü hiss edirəm. Psixoloji cəhətdən də özümü çox rahat hiss edirəm. Azərbaycan güləşi texniki cəhətdən çox güclüdür. Sizdə texnikaya çox üstünlük verirlər. Burda olduğum iki ay müddətində bəzi texniki fəndlər öyrəndim. Qaldı ki Rio Olimpiya Oyunlarına, əlbətdə öz sevdiyim ölkənin, Amerikanın medalların sayına görə birinci olmasını istəyirəm. Çünkü Amerika iqtisadi cəhətdən çox güclü ölkə olduğu üçün idmana da diqqət qayğı göstərir və böyük sərmayələr sərf edir. Buna görə də Amerikanı favorit görürəm. Bizim Maykl Felips kimi çoxlu sayda qızıl medallar qazanan idmançılarımız var. Güləş idman növündə də bizimkilər güclüdür. Azərbaycan da nisbətən balaca iqtisadiyyata sahib olmasına baxmayaraq idmana diqqət və qayğı göstərir. İnanıram ki, sizin idmançılardan da qızıl medal qazanan olacaq".

Kevin Moss: "Güləş sadəcə idmana olan təlabatımı ödəyir və beynimi rahatlayır. Azərbaycan güləşi nəinki Cənubi Qafqazda,dünyada məşhurdur. Belə bir yerdə güləşlə məşğul olmaqdan zövq alıram. Rio da güləş yarışları çox maraqlı olacaq. Amerikanın Baroos kimi güclü güləşçiləri var. Rusiya və Azərbaycan komandası da güclülər siyahısındadı". Hesab edirəm ki,adını çəkdiyim ölkələr arasında güləş yarışı çox maraqlı və gərgin keçəcək.