Elvin Mürsəliyev qələbə ilə başladı

Bu gün Rio Olimpiadasında güləş yarışlarına start verilib. Olimpsport.az saytının məlumatına görə, döşək üzərinə ilk olaraq Yuna-Roma güləşçiləri çıxıblar.

 

Az əvvəl Elvin Mürsəliyev ilk görüşünü keçirib. Pəhləvanımız 1/16 finaldan etibarən mübarizə aparıb. Onun rəqibi misirli Rəşad Fevzi Mahmud Sebye olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız 1/8 finala yüksəlib.

 

Onun rəqibi Zurabi Datunaşvili (Gürcüstan)/Dosjan Kartikov (Qazaxıstan) cütünün qalibi olacaq.