Mayın 17-19-da Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin iclası və seminarı keçiriləcək. OLİMPSPORT xəbər verir ki, tədbirdə ölkəmizi AOK İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un marketinq idarəsinin direktoru Mehman Kərimov təmsil edəcəklər. Mayın 17-də Ç.Hüseynzadə İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. İclasda AOK-un prezidenti Janez Koçijançiçin, baş katib Rafael Paqnozzinin, Milli Olimpiya Komitələri Assosiyasiyasının baş katibi Qunilla Lindberqin də iştirakı gözlənilir. Mayın 18-19-da isə Avropa Olimpiya Komitəsinin 39-cu seminarı işə başlayacaq. Seminar çərçivəsində Olimpiya idman növləri, sosial inteqrasiya, qadın və idman, idmanda texnologiya və s. mövzular üzrə çıxışlar ediləcək. Həmçinin 2020-ci il Tokio və 2024-cü il Paris Olimpiya Oyunlarının Təşkilat komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. “Minsk 2019” ikinci Avropa Oyunları, “Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalı ilə bağlı da məruzələr dinləniləcək. AOK-un seminarı çərçivəsində qış idman növləri üzrə “Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançısı” mükafatı təqdim olunacaq.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024