Minskdə təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası mayın 21-də Belarus yığması ilə yoldaşlıq oyunu keçirib. OLİMPSPORT xəbər verir ki, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Hazırlıq çərçivəsində komandamız Belarus millisi ilə daha bir yoldaşlıq görüşü keçirəcək. Mayın 26-da isə yığma komandalar Qızıl Avropa Liqası yarışının birinci turunda qarşılacaqlar. Qeyd edək ki, bu yoldaşlıq görüşü milli komandamızın italiyalı baş məşqçisi Ciovanni Kapraranın rəhbərliyi ilə keçən ilk oyun olub.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024