Belarusun paytaxtı Minskdə keçirilən ikinci Avropa Oyunlarında kayak və kanoelərdə avarçəkmə yarışları davam edir. Bu idman növündə Azərbaycanın yeganə təmsilçisi Mariya Lorena Manolitsa iyunun 26-da mübarizəyə qoşulub. Qadınların K-1 növü üzrə 200 metr məsafəyə yarışlarında Mariya Lorena Manolitsa ilkin mərhələdə qüvvəsini sınayıb. Finişə 44,750 saniyəyə çatan təmsilçimiz ilk qrupda 6-cı olub. O, bu göstərici ilə yarımfinal mərhələsinə yüksəlib.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024