Komandamızın üzvü Alfonso Dominges (81 kiloqram) yarımfinala vəsiqə uğrunda belçikalı Ziad El Mohorla qarşılaşıb. “Ureçye Arena”da keçirdiyi əvvəlki iki görüşdə qalib gələn A.Dominges bu dəfə də rinqdə qələbə qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda Matuş Strniskonu (Slovakiya) 5:0 hesabı ilə məğlub edən Simone Fiori (İtaliya) ilə qarşılaşacaq. Qarşılaşma iyunun 28-də baş tutacaq.
Qeyd edək ki, A.Dominges yarımfinala yüksələn ikinci boksçumuzdur. Lorenzo Sotomayor da (69 kiloqram) Avropa Oyunlarının yarımfinala vəsiqəni təmin edib.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024