Oyunların kumite yarışlarında A qrupunda mübarizə aparan karateçimiz qrup mərhələsində birinci oyunda hollandiyalı Darnel Ladi Tirona 2:0 hesabı ilə qalib gəlib. Qrupda ikinci oyunda almaniyalı Conatan Horn ilə xalsız heç-heçə edən karateçimiz sonuncu görüşdə türkiyəli Alparslan Yunusoğlunu minimal hesabla məğlubiyyətə uğradıb. Yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya 8:0 hesabı ilə qalib gələn idmançımız finala yüksəlib. Finalda onun rəqibi xorvatiyalı Andcela Kvesiç olacaq.
Qeyd edək ki, A.Qurbanlı 2016-cı ildə Karate 1 Premyer Liqa və bu il il Karate 1 A Seriyası turnirlərinin qalibi adını qazanıb.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024