Döyüşdə məğlub olan R.Ağayev ikinci Avropa Oyunlarında Azərbaycanın aktivinə 10-cu gümüş medalı yazdırıb. Bu, Azərbaycan millisinin “Minsk 2019”da 28-ci medalı olub. Bu medalların 5-i qızıl, 10-u gümüş, 23-ü isə bürüncdür.
R.Ağayev qrup mərhələsindəki birinci görüşdə britaniyalı Co Kellaueyi 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. İkinci qarşılaşmada türkiyəli Erman Eltemuru minimal hesabla məğlub edən karateçimiz sonuncu görüşdə macarıstanlı Qabor Harspataki ilə xalsız heç-heçə edib.
Bununla da qrupu birinci sırada başa vuraraq yarımfinala yüksələn R.Ağayev finala vəsiqə uğrunda qarşılaşmada estoniyalı Pavel Artamonova 2:1 hesabı ilə qalib gəlib. Xatırladaq ki, beşqat dünya, onqat Avropa çempionu olan Rəfael Ağayev iki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024