Yarışda üç təkanla N.Babayev 17.03 metr uzununa tullanıb və nəticədə ikinci olub. Çempionatda qızıl medalı Türkiyə atleti Necati Ər qazanıb (17.37 m).
Xatırladaq ki, N.Babayev iyulun 10-da İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadada üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə qalib olub.
Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib. N.Babayev birinci dəfə Çinin Taypey şəhərində keçirilən XXIX Ümumdünya Yay Universiadasında qızıl medal qazanıb.
20-09-2024
19-09-2024
18-09-2024
10-09-2024
09-09-2024
08-09-2024
07-09-2024