Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək atletlərin sayı açıqlanıb
İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək.
OLİMPSPORT AZƏRTACA istinadən xəbər verir ki, bunu iyulun 16-da Milli Olimpiya Komitəsinin (MOK) idman şöbəsinin müdiri Həsənağa Rzayev Festivalda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olan idmançılar və onların məşqçiləri ilə görüşdə deyib.
Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Xtırladaq ki, AZƏRTAC “EYOF 2019” XV Avropa Gənclər Olimpiya Festivalının rəsmi media tərəfdaşıdır.